Prezident 2026-cı ilin dövlət büdcəsini təsdiqləyib

Prezident 2026-cı ilin dövlət büdcəsini təsdiqləyib
Yayınlanma tarixi: 12/29/2025 2:10:02 PM

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi "2026-cı il dövlət büdcəsi haqqında" qanunu təsdiqləyib.

İslamazeri.com xəbər verir ki, qanuna əsasən, gələn il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat (2025-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 0,7 % çox), xərclərinin isə 41 milyard 703,6 milyon manat (+0,7 %) olacağı gözlənilir.

Son nəticədə dövlət büdcəsində 3 milyard 94,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 1,4 % çoxdur.

2026-cı ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin isə 44 milyard 969,4 milyon manat, xərclərinin isə 48 milyard 839,3 milyon manat olacağı gözlənilir.

Bunlar 2025-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 2,3 % və 2,5 % çoxdur.

GÜNÜN MANŞETLERİ

Nəyə görə dua etməliyik?
DİN

Nəyə görə dua etməliyik?

3/2/2026 10:48:50 AM
İran ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin 6 agentini məhv edib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin 6 agentini məhv edib

3/2/2026 10:10:01 AM
Hacı Şahinin vəfatından 3 il ötür
ÖLKƏ / MÜXTƏLİF

Hacı Şahinin vəfatından 3 il ötür

3/2/2026 9:47:34 AM