Prezident Bosniya və Herseqovinanın təhlükəsizlik nazirini qəbul edib

Prezident Bosniya və Herseqovinanın təhlükəsizlik nazirini qəbul edib
Yayınlanma tarixi: 4/11/2023 12:21:05 PM

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi sahədə çox yaxşı səviyyədə olduğu bildirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İslamazeri.com xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi sahədə çox yaxşı səviyyədə olduğu bildirilib, əlaqələrimizin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olunub və bu əlaqələrin genişləndirilməsi üçün önəmli addımların atıldığı vurğulanıb.

Söhbət zamanı yüksək səviyyədə keçirilən görüşlərin münasibətlərimizin inkişafı və perspektivlərin müzakirəsi baxımından önəmi qeyd edilib, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğu bildirilib, Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin ölkəmizə səfərinin bu işə töhfə verəcəyinə ümidvarlıq ifadə edilib.

Görüşdə COVID-19 dövründə, həmçinin Bosniya və Herseqovinada baş vermiş daşqınlar zamanı Azərbaycanın göstərdiyi dəstək bir daha yüksək qiymətləndirilib.

GÜNÜN MANŞETLERİ

Almaniya Hörmüz boğazında hərbi əməliyyata hazırlaşır - ŞOK İDDİA
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Almaniya Hörmüz boğazında hərbi əməliyyata hazırlaşır - ŞOK İDDİA

4/26/2026 1:52:36 PM
Güclü külək əsəcək, yağış yağacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Güclü külək əsəcək, yağış yağacaq - PROQNOZ

4/26/2026 1:40:01 PM
Əraqçi Oman sultanı ilə görüşüb
DÜNYA / SİYASƏT

Əraqçi Oman sultanı ilə görüşüb

4/26/2026 12:46:41 PM
Makron: Tramp Avropanın əleyhinə hərəkətlər edir
DÜNYA / MARAQLI

Makron: Tramp Avropanın əleyhinə hərəkətlər edir

4/26/2026 11:32:54 AM
Trampın qatıldığı tədbirdə silahlı hücum
DÜNYA / MARAQLI

Trampın qatıldığı tədbirdə silahlı hücum

4/26/2026 10:51:49 AM