Prezident həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Prezident həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Yayınlanma tarixi: 3/1/2023 1:12:32 PM

Prezident hərbi xidmətə çağırış və ehtiyata buraxılma ilə bağlı sərəncam imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

İslamazeri.com xəbər verir ki, sərəncama əsasən, 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988-2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2023-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2023-cü il aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

GÜNÜN MANŞETLERİ

Livanda ölənlərin sayı 2534-ə çatıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livanda ölənlərin sayı 2534-ə çatıb

4/29/2026 10:00:56 AM
İmam Hüseyn (ə) zərihi gül-çiçəklə bəzədildi - FOTO
DÜNYA / İSLAM DÜNYASI

İmam Hüseyn (ə) zərihi gül-çiçəklə bəzədildi - FOTO

4/28/2026 5:13:30 PM
İsrailə məxsus 20 zirehli texnikadan ibarət karvan Suriyaya daxil olub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailə məxsus 20 zirehli texnikadan ibarət karvan Suriyaya daxil olub

4/28/2026 4:50:02 PM
Bakıda güclü külək səbəbindən 34 ağac aşıb
ÖLKƏ / HADİSƏ

Bakıda güclü külək səbəbindən 34 ağac aşıb

4/28/2026 3:27:37 PM