Prokurorluq Cəbrayılda mina partlayışı barədə məlumat yayıb

Prokurorluq Cəbrayılda mina partlayışı barədə məlumat yayıb
Yayınlanma tarixi: 11/2/2022 2:47:19 PM

Prokurorluq Cəbrayılda baş verən mina partlayışı barədə məlumat yayıb.

Cəbrayıl rayon prokurorluğundan "İslamazeri.com"a verilən məlumata görə, noyabrın 2-si Cəbrayıl rayonunun işğaldan azad olunmuş ərazisində 1972-ci il təvəllüdlü İlqar Əhmədovun minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla təmir-tikinti işləri ilə məşğul olan şirkətin sürücüsü İlqar Əhmədovun rayonun Mehdili kəndi ərazisində olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Hazırda faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

GÜNÜN MANŞETLERİ

Sabah 37 dərəcə isti olacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah 37 dərəcə isti olacaq

8/12/2026 1:19:36 PM
ÖLKƏ / MÜNASİBƏT

"Qaçqınkom" köçlə bağlı narazılıqlara cavab verib

8/12/2026 12:10:01 PM