Putin Ayətullah Xameneiyə başsağlığı verib

Putin Ayətullah Xameneiyə başsağlığı verib
Yayınlanma tarixi: 5/20/2024 2:22:04 PM

Rusiya prezidenti Vladimir Putin helikopter qəzası nəticəsində İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və bəzi rəsmilərin vəfatı ilə bağlı İran İslam İnqilabının Rəhbəri Ayətullah Xameneiyə başsağlığı verib

İslamazeri.com xəbər verir ki, Putin mesajında bu sözləri deyib:

"İran İslam Respublikasının rəhbəri, Zati-aliləri Ayətullah Xamenei,

Cənab Seyid İbrahim Rəisinin və ölkənizin digər aparıcı dövlət rəsmilərinin helikopter qəzasında həlak olması ilə bağlı dərin hüznlə başsağlığı veririk.

Seyyid İbrahim Rəisi bütün həyatını vətənə xidmətə həsr etmiş görkəmli siyasətçi idi. Həqiqətən də, o, öz vətəndaşları arasında böyük hörmətə və xaricdə görünən nüfuza malik idi. O, Rusiyanın əsl dostu kimi ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişafına dəyərli töhfələr vermiş və bu münasibətlərin strateji səviyyəyə çatdırılması üçün çoxlu səylər göstərmişdir.

Cənab İbrahim Rəisi ilə dəfələrlə görüşmək imkanım olub və bu böyük insanla bağlı ən gözəl xatirələr həmişəlik yaddaşımda qalacaq. Sizə, mərhum prezidentin yaxınlarına və sevənlərinə, bu dəhşətli hadisədə həyatını itirən hər kəsə dərin hüznlə başsağlığı verir, dərdinizə şərik olduğumu bildirirəm. Belə ağır və bərpası mümkün olmayan itki qarşısında həyatını itirənlərin yaxınlarına və bütün İran xalqına səbr və dözüm diləyirəm.".

Hörmətlə

Vladimir Putin

Moskva/Kreml Sarayı

20 may 2024-cü il"

GÜNÜN MANŞETLERİ

Hindistan ABŞ-a ETİRAZ NOTASI verib
DÜNYA / SİYASƏT

Hindistan ABŞ-a ETİRAZ NOTASI verib

6/12/2026 5:34:01 PM
Azərbaycanda zəlzələ olub
ÖLKƏ / HADİSƏ

Azərbaycanda zəlzələ olub

6/12/2026 3:28:35 PM
Hizbullah Livandakı İsrail hədəflərinə zərbələr endirib
DÜNYA / İSLAM DÜNYASI

Hizbullah Livandakı İsrail hədəflərinə zərbələr endirib

6/12/2026 2:11:24 PM
Mehr İran və ABŞ arasında anlaşma Memorandumunu yayımladı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Mehr İran və ABŞ arasında anlaşma Memorandumunu yayımladı

6/12/2026 1:31:46 PM