Putinin xüsusi nümayəndəsi İrana səfər edib

Putinin xüsusi nümayəndəsi İrana səfər edib
Yayınlanma tarixi: 11/29/2021 6:06:37 PM

Suriyadakı vəziyyətin tənzimlənməsi üçün Rusiyadan nümayəndə heyətinin İrana səfər etdiyi bildirilib.

Rusiya Prezidentinin xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov noyabrın 29-da İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianla Tehranda görüşüb.

İslamazeri.com “Report”-a istinadən xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, Suriyadakı vəziyyətin tənzimlənməsi üçün Rusiyadan nümayəndə heyəti İrana səfər edib. Səfər zamanı tərəfləri maraqlandıran əhatəli məsələlər müzakirə olunub.

Noyabrın 30-da Mixail Boqdanov İraqın paytaxtı Bağdada, oradan isə Ərbilə səfər edəcək. Səfər çərçivəsində regional məsələlərin müzakirə olunacağı gözlənilir.

GÜNÜN MANŞETLERİ

Türkiyədə təlim zamanı helikopter qəzaya uğrayıb
REGİON / TÜRKİYƏ

Türkiyədə təlim zamanı helikopter qəzaya uğrayıb

4/22/2026 2:22:00 PM
Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

4/22/2026 1:04:38 PM