Qaanidən İsrailə: Cənubi Livandan rüsvayçı vəziyyətdə çıxarılacaqsınız!
İslamazeri.com xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Qüds Qüvvələrinin komandanı briqada generalı İsmayıl Qaani Cənubi Livandakı İsrail qüvvələrinə sərt xəbərdarlıq edib.
Qaani bildirib ki, İsrail ordusu son dörd gündə 100-dən çox itki verib.
Cənubi Livandan geri çəkilmək əmrini təkrarlayan briqada generalı Qaani İsrail əsgərlərinə bu sözlərlə müraciət edib:
"Təcavüzkar və terrorçu İsrail əsgərləri; siz cəmi son dörd gündə 100-dən çox itki vermisiniz. Əgər Cənubi Livandan könüllü olaraq geri çəkilməsəniz, 2000-ci ildə bu torpaqlardan utanc və rüsvayçılıqla qaçdığınız günlərin təkrarı baş verəcək."
Qaani bildirib ki, İsrail işğalını davam etdirərsə, daha ağır nəticələrlə üzləşəcək və hərbi mövcudluğa zorla son qoyulacağı mesajını verib:
"Əgər bu gün təcavüz və işğalda davam etsəniz, bu torpaqlardan rüsvayçılıq və məğlubiyyət içində sürüklənərək çıxarılacaqsınız. Qərar sizindir."