Qadın dini ayinlərin icraçısı üzrə müsahibə keçirilir

Qadın dini ayinlərin icraçısı üzrə müsahibə keçirilir
Yayınlanma tarixi: 2/13/2023 5:46:40 PM

Müsahibə 3 gün - 15 fevral tarixinədək davam edəcək.

13 fevral tarixindən etibarən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti müsahibə prosesinə start verilib.

Komitədən "İslamazeri.com"a verilən xəbərə görə, müsahibə 3 gün - 15 fevral tarixinədək davam edəcək.

Qeyd edək ki, 25 oktyabr - 25 noyabr 2022-ci il tarixində elan edilən müsahibənin bu mərhələsində qadın dini ayinlərin icraçısı vəzifəsinin tutulması üçün müraciət edən namizədlərin seçimi aparılacaq. Qadın din xadimləri ilə bağlı Bakı, Sumqayıt, Gəncə, Şəki, Zaqatala və Quba şəhərlərdə, eləcə də Lənkəran rayonunda yerləşən 7 vakant yer üzrə 71 müraciət qeydiyyata alınıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ilahiyyatçılardan təşkil etdiyi Müsahibə komissiyası tərəfindən aparılacaq seçimlər Azərbaycan İlahiyyat İnstitutunun binasında təşkil edilir. Müsahibənin nəticələri keçirildiyi gün ərzində Komitənin rəsmi internet saytında (scwra.gov.az) yerləşdiriləcək. Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü müddətində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha qadın dini ayinlərin icraçısı təyin olunacaq.

GÜNÜN MANŞETLERİ

Oman sultanı Müctəba Xameneini təbrik edib
DÜNYA / İSLAM DÜNYASI

Oman sultanı Müctəba Xameneini təbrik edib

3/9/2026 11:00:01 PM
Ayətullah Müctəba Xamenei kimdir?
REGİON / İRAN

Ayətullah Müctəba Xamenei kimdir?

3/9/2026 11:00:01 PM
Netanyahudan 3-4 gündür xəbər yoxdur
DÜNYA / MARAQLI

Netanyahudan 3-4 gündür xəbər yoxdur

3/9/2026 10:58:01 PM