Qalibaf: ABŞ-ın hücumuyla minlərlə amerikalı hərbiçi birbaşa hədəf olacaq

Qalibaf: ABŞ-ın hücumuyla minlərlə amerikalı hərbiçi birbaşa hədəf olacaq
Yayınlanma tarixi: 1/29/2026 11:22:56 AM

İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, Tehran dialoq və diplomatiyanı prinsip etibarilə rədd etmir, lakin hər hansı danışıqlar real, qarşılıqlı hörmətə əsaslanan və təminatlı olmalıdır.

İslamazeri.com xəbər verir ki, İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın regionda mümkün hərbi addımlarına qarşı sərt xəbərdarlıq edərək bildirib ki, istənilən Amerika hərbi macərası nəzarətdən çıxan təhlükəli proseslərə yol aça bilər.

CNN-ə müsahibə verən Qalibaf ABŞ prezidenti Donald Trampa işarə edərək deyib ki, Vaşinqton müharibəni başlatmaq gücünə malik olsa da, onun nəticələrini idarə etmək imkanına sahib deyil. O vurğulayıb ki, regionun mürəkkəb geosiyasi reallıqları ABŞ-ın hərbi hesablamalarını alt-üst edə bilər.

Məclis sədri qeyd edib ki, İran prinsip etibarilə danışıqlara qarşı deyil, lakin bu danışıqlar real, səmimi olmalı və siyasi təzyiq və şantaj alətinə çevrilməməlidir.

Qalibaf xəbərdarlıq edib ki, İran istənilən hücuma qəti cavab verəcək və bu halda regionda yerləşdirilmiş minlərlə amerikalı hərbçi birbaşa hədəf olaraq təhlükə altına düşəcək.

O əlavə edib ki, təhdid və sanksiya siyasəti artıq effektivliyini itirib və müqavimət qüvvələrinin formalaşdırdığı caydırıcı balans güc nisbətlərini dəyişib. Qalibafın sözlərinə görə, bu balans istənilən hərbi təcavüzü həm siyasi, həm də hərbi baxımdan baha başa gələn riskli ssenariyə çevirir.

İran Məclisinin sədri sonda vurğulayıb ki, regionda davamlı təhlükəsizlik yalnız güc yolu ilə deyil, dövlətlərin suverenliyinə hörmət və hegemon siyasətlərdən imtina əsasında mümkündür.

GÜNÜN MANŞETLERİ

Çin ABŞ-a xəbərdarlıq etdi: Əgər İrana hücum edilsə...
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Çin ABŞ-a xəbərdarlıq etdi: Əgər İrana hücum edilsə...

1/29/2026 11:34:01 AM
Ruzi duası
DİN

Ruzi duası

1/29/2026 11:15:44 AM