Qalibaf: ABŞ və İsrail yalnız güc dilini başa düşür

Qalibaf: ABŞ və İsrail yalnız güc dilini başa düşür
Yayınlanma tarixi: 6/9/2026 10:00:04 AM

İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf son hadisələrlə bağlı şərh verib.

İslamazeri.com xəbər verir ki, İranın baş danışıqçısı olan Qalibaf sosial media hesabında verdiyi açıqlamada bildirib ki, "Biz kağız üzərindəki atəşkəs tənliyini və yerdəki davamlı pozuntuları alt-üst etdik".

Qalibaf əlavə edib: "Əgər siz etimad yaratmaq üçün həqiqi iradə nümayiş etdirməsəniz, bu, İranın cavabı olacaq".

Qalibaf bu açıqlamanı sionist rejimin Livanın Dahiyə bölgəsinə hücumlarından sonra sosial mediada verib.

Qarşı tərəfin nə atəşkəsə, nə də dialoqa inanmadığını bildirən Qalibaf deyib: "Dəniz blokadası və Livanla bağlı razılaşmaların pozulması bir daha sübut etdi ki, onlar yalnız güc dilini başa düşürlər".

İrana tətbiq edilən dəniz blokadasına və ABŞ-ın sionist rejiminə verdiyi yaşıl işıqa reaksiya verən Qalibaf bildirib:
"İran xalqına tətbiq edilən dəniz blokadası və ABŞ-ın sionist rejiminə verdiyi yaşıl işıq bu gün ABŞ-ın və sionist rejimin bazalarını və aktivlərini bölgədəki qanuni hədəflərə çevirir".

Qalibaf İran Silahlı Qüvvələrinin həmişə olduğu kimi yüksək hazırlıq vəziyyətində olduğunu vurğuladı.

Dünən gecə İran Silahlı Qüvvələri sionist İsrailin Livana hücumlarına cavab olaraq sionist hədəflərinə raket hücumu həyata keçirdi. İsrail ordusu da öz növbəsində paytaxt Tehran da daxil olmaqla bir neçə şəhərə hücumlar həyata keçirdi.

GÜNÜN MANŞETLERİ