Qalibaf: Düşmənlər İrana qarşı yeni hücumlar təşkil etsələr, onları peşman edəcəyik
İslamazeri.com xəbər verir ki, İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib: "Düşmənlərimiz İrana qarşı yeni hücumlar təşkil etsələr, onları peşman edəcəyik".
Qalibaf İran xalqına ünvanladığı mesajda düşmənin açıq və gizli fəaliyyətlərinə diqqət çəkərək, düşmənin yeni müharibə axtardığını bildirib.
Qalibaf deyib: "Xalq əmin ola bilər ki, hərbi qüvvələrimiz atəşkəs fürsətindən qüvvələrini bərpa etmək üçün ən yaxşı şəkildə istifadə edib və düşmənlərimiz İrana qarşı yeni hücumlar təşkil etsələr, onları peşman edəcəyik".