Qalibaf: İran və Hizbullah birlkdə bir bütündür!

Qalibaf: İran və Hizbullah birlkdə bir bütündür!
Yayınlanma tarixi: 4/16/2026 2:42:34 PM

Qalibaf: İran və Hizbullah birlkdə bir bütündür!

İslamazeri.com xəbər verir ki, İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Hizbullahın İrandan ayrı nəzərdən keçirilə bilməyəcəyini bildirərək, Tehran və Vaşinqton arasındakı atəşkəsin Livanı da əhatə etdiyini vurğulayıb. O, ABŞ-ın razılaşmaya əməl etməli olduğunu bildirib.

Qalibaf Hizbullahın İranla "bir bütün" olduğunu bildirib.

Sosial media paylaşımında Qalibaf Livanda hərtərəfli və davamlı atəşkəsin yalnız "müqavimət oxunun birliyi" ilə mümkün olduğunu qeyd edib.

O, bildirib: "Livanda hərtərəfli atəşkəsin tamamlanması və daimi olması Hizbullahın müqavimətinin və qətiyyətli mübarizəsinin, eləcə də müqavimət oxunun birliyinin nəticəsi olacaq".

Qalibaf həmçinin ABŞ və İran arasında elan edilən atəşkəsə toxunaraq, razılaşmanın Livanı da əhatə etdiyini vurğulayıb.

Qalibaf ABŞ-ın bu kontekstdə öhdəliklərini yerinə yetirməli olduğunu bildirərək əlavə edib: "Müqavimət (Hizbullah) və İran müharibədə və ya atəşkəsdə olsun, bir bütündür. ABŞ "öncə İsrail" səhvindən geri çəkilməlidir."

GÜNÜN MANŞETLERİ

Qalibaf: İran və Hizbullah birlkdə bir bütündür!
REGİON / İRAN

Qalibaf: İran və Hizbullah birlkdə bir bütündür!

4/16/2026 2:42:34 PM
SABAHIN HAVA PROQNOZU
ÖLKƏ / MÜXTƏLİF

SABAHIN HAVA PROQNOZU

4/16/2026 1:34:08 PM