İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-a mesaj verib
İslamazeri.com xəbərinə görə, İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf mesajında bildirib ki, 14 maddəlik təklifdə göstərilən İran xalqının hüquqlarını qəbul etməkdən başqa alternativ yoxdur.
Qalibaf sosial media paylaşımında bildirib ki, "14 maddəlik təklifdə göstərilən İran xalqının hüquqlarını qəbul etməkdən başqa yol yoxdur".
O, əlavə edib ki, bütün digər yanaşmalar tamamilə nəticəsiz qalacaq və ardıcıl uğursuzluqlara səbəb olacaq.
Parlament sədri həmçinin qeyd edib ki, "Nə qədər gecikdirsələr, bir o qədər çox Amerika vergi ödəyicisi öz ciblərindən ödəyəcək".