Qalibaf: Tramp İranı da Venesuelaya çevirmək istəyirdi

Qalibaf: Tramp İranı da Venesuelaya çevirmək istəyirdi
Yayınlanma tarixi: 4/30/2026 11:29:30 AM

Qalibaf: Tramp İranı da Venesuelaya çevirmək istəyirdi.

ABŞ Prezidenti Donald Tramp daxili ixtilaflar və dəniz blokadası (Hörmüz boğazı) vasitəsilə İranın təslim olmasını hədəfləyir.

İslamazeri.com-un verdiyi xəbərə görə, bu barədə İran parlamentinin sədri Məhəmmədbaqer Qalibafın müraciətində bildirilib.

Onun sözlərinə əsasən, ABŞ və İsrail İran liderlərini öldürməklə İslam Respublikasını 3 günə süquta yetirməyə çalışıb: “Lakin zamanla görüblər ki, bizim raketlərimiz və pilotsuz uçuş aparatlarımız zərbə endirməyə davam edir”, – o bildirib və əlavə edib ki, İranı Venesuelaya çevirmək istəyirdilər.

Müraciətdə bildirilib ki, müharibə zamanı təhlükəsizlik bazalarına endirilən zərbələrdən sonra Novruz çərşənbələri zamanı İranda çevriliş planlaşdırılırdı:

“İran xalqı bu təhdidləri dəf edib. Düşmən ölkəyə qoşun yeritməyə çalışıb, bu planı İsfahanda sınaqdan keçirib, amma biabırçılıqla nəticələnib. ABŞ yeni mərhələyə keçib və dəniz blokadası, media təbliğatı, iqtisadi təzyiq, daxili ixtilafları qızışdırmaq yolu ilə bizi zəiflətmək, hətta daxildən məhv etmək istəyir”.

Qalibaf sonda vurğulayıb ki, ABŞ-nin İran üçün radikal və mötədil bölgüsü doğru deyil, çünki vəzifəli şəxslərin hər biri ali rəhbər Möctəba Xameneiyə tabedir.

GÜNÜN MANŞETLERİ