Qalibafdan ABŞ-a: Zorakılıq və şantaj dövrü bitdi!
İslamazeri.com xəbər verir ki, İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ı 14 maddəlik razılaşmanı pozmaqda günahlandıraraq, Vaşinqtonun hərbi təhdidlər və sanksiyalar yolu ilə məqsədlərinə çatmayacağını bildirib.
Qalibaf ingilis dilində sosial media paylaşımında ABŞ-ın 14 maddəlik razılaşmanı pozduğunu bildirib və aşağıdakı məqamları sadalayıb:
1. Hörmüz boğazı ilə bağlı İranın razılaşmalarının pozulması,
2. İrana qarşı hərbi hücum təhdidlərinin davam etdirilməsi,
3. İranın cənub bölgələrinə hücumlar,
4. İran neftinə sanksiyaların yenidən tətbiq edilməsi,
5. İsrailin Livana hücumlarının davam etdirilməsi.
Qalibaf paylaşımını aşağıdakı açıqlama ilə yekunlaşdırıb:
"Zorakılıq və şantaj dövrü bitdi. Bu üsullarla heç nəyə nail ola bilməyəcəksiniz. Biz geri çəkilən və ya güzəştə gedən bir millət deyilik."