Qalibafdan Trampa cavab: Netanyahunun əmrlərinə tabe olmaqda israr edirsiniz

Qalibafdan Trampa cavab: Netanyahunun əmrlərinə tabe olmaqda israr edirsiniz
Yayınlanma tarixi: 4/6/2026 10:21:52 AM

"Sizin ehtiyatsız hərəkətləriniz ABŞ-ı hər bir ailə üçün “cəhənnəmə” sürükləyir."

İrana qarşı məğlubiyyətə uğrayan və Hörmüz boğazını aça bilməyən Tramp getdikcə daha çox utancverici və təhqiramiz hala gəlir.

İslamazeri.com xəbər verir ki, İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Trampın qeyri-adi sərt tonuna birbaşa cavab verib.

Qalibaf özünün X (əvvəlki Twitter) hesabında ingilis dilində dərc etdiyi mesajda Trampı "ehtiyatsızlıqda" və "müharibə cinayətləri törətməkdə" günahlandırıb.

Qalibaf cavabında Trampın paylaşımından sitat gətirərək bildirib: “Sizin ehtiyatsız hərəkətləriniz ABŞ-ı hər bir ailə üçün “cəhənnəmə” sürükləyir və bütün bölgəmiz yanacaq, çünki siz Netanyahunun əmrlərinə tabe olmaqda israr edirsiniz. Əsla şübhə etməyin: Müharibə cinayətləri ilə heç nə qazanmayacaqsınız. Yeganə real həll yolu İran xalqının hüquqlarına hörmət etmək və bu təhlükəli oyuna son qoymaqdır”.

GÜNÜN MANŞETLERİ