Qaradağda 3 fərqli yol sahəsində yeni avtomobil körpüləri tikilir

Qaradağda 3 fərqli yol sahəsində yeni avtomobil körpüləri tikilir
Yayınlanma tarixi: 7/10/2026 12:00:01 PM

Qaradağda 3 fərqli yol sahəsində yeni avtomobil körpüləri tikilir.

Qaradağ rayonunda 3 fərqli yol sahəsində yeni avtomobil körpülərinin tikintisi davam etdirilir. Hər üç körpü bir aşırımlı olmaqla layihələndirilib.

İslamazeri.com xəbər verir ki, körpülərdən biri Bakı–Ələt–Qazax–Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrində, Qobustan qəsəbəsi ərazisində tikilir. Hazırda tikinti işləri yekun mərhələyə çatıb və körpünün asfalt-beton örtüyünün salınması üçün hazırlıq işləri aparılır.

Digər körpü Səngəçal–Çeyildağ avtomobil yolunun 13-cü kilometrində tikilir. Burada dayaqların inşası üçün svaylar vurulub, bünövrənin betonlanmasına hazırlıq işləri görülür.

Üçüncü körpü isə Lökbatan–Güzdək avtomobil yolunun 2,2-ci kilometrində tikilir. Hazırda birinci kənar dayağın inşası davam etdirilir, ikinci dayağın isə bünövrəsi artıq hazırdır.

Körpülərin tikintisi inşaat norma və qaydalarına uyğun şəkildə aparılır. Yeni körpülər istismara verildikdən sonra həmin yol sahələrində nəqliyyatın hərəkətinin daha rahat və təhlükəsiz təşkilinə xidmət edəcək.

GÜNÜN MANŞETLERİ

İsrail Livanda quru əməliyyatına hazırlaşır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda quru əməliyyatına hazırlaşır

8/13/2026 4:06:16 PM
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
ÖLKƏ / MÜXTƏLİF

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

8/13/2026 3:27:24 PM
İsrail Livandakı yaşayış məntəqələrini sistemli şəkildə dağıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livandakı yaşayış məntəqələrini sistemli şəkildə dağıdır

8/13/2026 3:24:17 PM
Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır
ÖLKƏ / MÜXTƏLİF

Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

8/13/2026 3:08:36 PM