Qaribaşvili həbs edildi

Qaribaşvili həbs edildi
Yayınlanma tarixi: 1/12/2026 4:28:16 PM

Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili həbs edilib.

İslamazeri.com xəbər verir ki, Gürcüstan Prokurorluğu Qaribaşvili ilə prosessual saziş bağlayıb.

Bu barədə Prokurorluğun məlumatında qeyd edilib.

Məlumatda bildirilib:

"Sazişə əsasən, keçmiş Baş nazirə Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulan cinayətə görə cəza növü və ölçüsü kimi 5 il müddətinə azadlıqdan məhrumetmə təyin edilib.

Həmçinin, əlavə cəza kimi ona 1 milyon lari məbləğində cərimə tətbiq olunub. Bundan başqa, cinayət fəaliyyəti nəticəsində əldə edilmiş və onun yaşayış evində aparılan axtarış zamanı götürülmüş pul vəsaiti dövlətin xeyrinə müsadirə ediləcək.

İrakli Qaribaşvili törətdiyi cinayəti etiraf edib və prosessual sazişin şərtləri ilə razılaşır. Prokurorluğun prosessual sazişlə bağlı vəsatətini məhkəmə artıq təmin edib”.

GÜNÜN MANŞETLERİ

Qaribaşvili həbs edildi
REGİON / GÜRCÜSTAN

Qaribaşvili həbs edildi

1/12/2026 4:28:16 PM
İmam Əli (ə) hərəmindən FOTOLAR
DİN

İmam Əli (ə) hərəmindən FOTOLAR

1/12/2026 4:03:27 PM