Qərb mediası açıqladı: ABŞ-nin raket ehtiyatları sürətlə tükənir

Qərb mediası açıqladı: ABŞ-nin raket ehtiyatları sürətlə tükənir
Yayınlanma tarixi: 3/3/2026 12:00:01 PM

ABŞ-ın Yaxın Şərqdəki münaqişələr səbəbindən Tomahawk da daxil olmaqla raket ehtiyatlarında azalma müşahidə olunduğu bildirilir.

İslamazeri.com xəbər verir ki, CNN-in məlumatına görə, yüksək vəzifəli bir məmur raket ehtiyatlarının, xüsusən də Tomahawk qanadlı raketlərinin və SM-3 zenit idarə olunan raketlərinin azaldığını bildirib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ ordusunun lazım gələrsə, İrana hücumlarını daha 4-5 həftə davam etdirəcəyini bildirmişdi. Tramp iddia edirdi ki, onlarda dünyanın hər yerində çoxlu sayda sursat saxlanılır.

Sputnik-in məlumatına görə, fevral ayında ABŞ-ın Yaxın Şərqdə İrana hücumlarda istifadə edilə bilən 450-dən çox Tomahawk raketi olduğu bildirilmişdi. 

GÜNÜN MANŞETLERİ