Qəribabadi: BƏƏ İrana hücumu dəstəklədiyinə görə məsuliyyət daşımalıdır

Qəribabadi: BƏƏ İrana hücumu dəstəklədiyinə görə məsuliyyət daşımalıdır
Yayınlanma tarixi: 7/11/2026 12:17:22 PM

BƏƏ İrana hücumu dəstəklədiyinə görə məsuliyyət daşımalıdır.

İslamazeri.com xəbər verir ki, İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, ABŞ Ticarət Departamentinin yaydığı yeni sənəddə BƏƏ-nin İrana hərbi hücumu dəstəklədiyinə görə ixrac təşviqləri aldığı aşkar edilib.

Qəribabadi sosial media paylaşımında ABŞ Ticarət Departamentinin yaydığı yeni sənədə diqqət çəkib.

O bildirib ki, sənəddə ABŞ-ın İrana hərbi hücumu dəstəklədiyinə görə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ixrac statusunu yüksəltdiyi və ixrac nəzarəti qaydalarını asanlaşdırdığı göstərilir.

İran rəsmisi bunun Vaşinqtonun baxış bucağından "rəsmi etiraf", Əbu-Dabinin baxış bucağından isə "utancverici sənəd" olduğunu iddia edərək, sənədin beynəlxalq məsuliyyətləri və hüquqi nəticələri olduğunu əlavə edib.

Qəribabadi paylaşımını "BƏƏ məsuliyyət daşımalıdır" ifadəsi ilə yekunlaşdırıb.

GÜNÜN MANŞETLERİ