Qəribəbadidən Netanyahu və ABŞ-a: Cinayətkarlar bir-birini dətəkləyir
İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi İsrail Baş naziri Benyamin Netanyahunun Beynəlxalq Cinayət Məhkəməsi (BCM) və ABŞ-ın məhkəməyə qarşı tədbir görəcəyi vədi ilə bağlı açıqlamalarını sərt tənqid edib.
İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Qəribabadi sosial media paylaşımında bunları bildirib:
"Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs qərarı verilmiş təqsirləndirilən şəxs olan İsrail Baş naziri cəsarətlə ABŞ Dövlət Katibinin onu mühakimə edən məhkəməyə qarşı tədbir görəcəyinə söz verdiyini elan edir. Onlar həmçinin məhkəməni Vaşinqton tərəfindən dəstəklənən müharibə cinayətkarını təqib etməyə cəsarət etdiyinə görə "korrupsiyaçı" olmaqda ittiham edirlər."