Qəzzada 24 min uşaq və qadın qətlə yetirilib

Qəzzada 24 min uşaq və qadın qətlə yetirilib
Yayınlanma tarixi: 4/4/2024 11:43:21 AM

İsrailin Qəzza sektoruna qarşı hücumları 180 gündür ki, davam edir.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Qəzza sektorunun Səhiyyə Nazirliyi günahsız insanlar arasındakı itkilər barədə məlumat paylaşıb.

Belə ki, 2023-cü il 7 oktyabrdan bəri tam mühasirə altındakı Qəzzada İsrail tərəfindən 24 mindən çox fələstinli uşaq və qadın qətlə yetirilib.

Qeyd edilib ki, indiyədək İsrail ordusu tərəfindən Qəzzada 2 922 kütləvi qırğın törədilib.

Ümumilikdə isə, son 6 ay ərzində 9 560-ı qadın və 14 500-ü uşaq olmaqla, 32 975 qəzzalı öldürülüb, 75 577 nəfər isə yaralanıb.

Bundan başqa, 7 min Qəzza sakini də itkin düşmüş hesab edilir.

İsrailin tətbiq etdiyi hərtərəfli blokada isə aclıq və susuzluq kimi problemlərə səbəb olur. Artıq, rəsmi aparılan rəqəmlərə əsasən, 30 uşaq aclıqdan həyatını itirib.

GÜNÜN MANŞETLERİ

Sabah yağış yağacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah yağış yağacaq - PROQNOZ

3/21/2026 2:19:04 PM
Əraqçidən atəşkəslə bağlı AÇIQLAMA
REGİON / İRAN

Əraqçidən atəşkəslə bağlı AÇIQLAMA

3/21/2026 1:10:59 PM
İran 4000 km məsafədə yerləşən bazaya iki ballistik raketlə zərbə endirib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran 4000 km məsafədə yerləşən bazaya iki ballistik raketlə zərbə endirib

3/21/2026 12:20:01 PM
Bu gün Beynəlxalq Novruz günüdür
ÖLKƏ / MÜXTƏLİF

Bu gün Beynəlxalq Novruz günüdür

3/21/2026 11:36:43 AM
Pentaqon İrana qoşun göndərmək üçün hazırlıqlara başlayıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Pentaqon İrana qoşun göndərmək üçün hazırlıqlara başlayıb

3/21/2026 11:24:16 AM