Qəzzada ölənlərin sayı 72 945-ə çatıb.
İslamazeri.com xəbər verir ki, İsrail ordusunun 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 72.945 nəfərə çatıb.
Qəzza Səhiyyə Nazirliyinin yazılı açıqlamasında 2023-cü ilin oktyabr ayından bəri davam edən İsrail hücumları nəticəsində ölənlərin sayı ilə bağlı son məlumatlar paylaşılıb.
Qeyd edilib ki, son 24 saat ərzində Qəzzadakı xəstəxanalara 3 ölü və 35 yaralı gətirilib.
10 oktyabr 2025-ci ildə Qəzzada atəşkəs qüvvəyə mindikdən bəri İsrail hücumlarında 936 nəfər həyatını itirib, 2.903 nəfər yaralanıb və dağıntılar altından 781 cəsəd çıxarılıb.
2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində şəhid olanların ümumi sayı 72.945-ə, yaralananların sayı isə 173.011-ə çatıb.
Qəzza zolağında hələ də dağıntılar altında minlərlə cəsədin olduğu güman edilir.