Qubadlıda döyüş sursatları aşkarlanıb

Qubadlıda döyüş sursatları aşkarlanıb
Yayınlanma tarixi: 4/8/2023 10:09:23 AM

Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Qubadlıda döyüş sursatları aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "İslamazeri.com"a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayonun Xudular kəndi ərazisindəki tərk edilmiş hərbi mövqelərdən döyüş sursatları aşkar edilib.

Təhlükəsizlik tədbirlərinə riayət edilməklə 1 ədəd Faqot, 120 ədəd müxtəlif çaplı mərmi və 4216 ədəd müxtəlif çaplı patron götürülərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Qubadlı RPŞ-də araşdırma aparılır.

GÜNÜN MANŞETLERİ

Sabah yağış yağacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah yağış yağacaq

8/11/2026 12:44:04 PM
DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib
ÖLKƏ / MÜXTƏLİF

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

8/11/2026 12:41:13 PM