Qüdsdə xristian qəbiristanlığı dağıdılıb

Qüdsdə xristian qəbiristanlığı dağıdılıb
Yayınlanma tarixi: 1/5/2023 12:27:42 PM

İsrailin İşğalı altında olan Şərqi Qüdsdə bir qrup yəhudi köçkün xristian əhaliyə məxsus qəbiristanlığına hücum edərək məzarlara ziyan vurub.

İslamazeri.com Türkiyə mediasına istinadla xəbər verir ki, bir yanvarda yəhudi köçkünlər Şərqi Qüdsdə Sion dağındakı protestant qəbiristanlığına gedərək otuzdan çox qəbiri dağıdıblar. Abidə məzarlardakı mərmər xaç simvollarını sındırıb, ikonaları zədələyiblər.

Qüdsün Anqlikan arxiyepiskopu Husam Naum qəbiristanlıqda jurnalistlərə verdiyi açıqlamada, belə hücumlara daha əvvəl də şahid olduqlarını, lakin bu cür vandalizm hadisələrin qarşısını almaq üçün lazımi addımları atacaqlarını vurğulayıb.

İsrail polisindən verilən açıqlamada isə hadisə ilə bağlı istintaq başladıldığı bildirilib.

Qeyd edək ki, Sion təpəsindəki qəbiristanlıq 1848-ci ildə Osmanlı dövründə protestant xristianlara həsr edilib.

GÜNÜN MANŞETLERİ

Yəmən blokadası Səudiyyə Ərəbistanının neft daşınmasını dayandırdı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Yəmən blokadası Səudiyyə Ərəbistanının neft daşınmasını dayandırdı

7/28/2026 5:25:37 PM
Möhürlə namaz qılmaq olarmı?
DİN

Möhürlə namaz qılmaq olarmı?

7/28/2026 4:07:54 PM
Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb
ÖLKƏ / SİYASƏT

Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb

7/28/2026 3:18:37 PM