Quş kəsimi müəssisəsində nöqsanlar aşkarlanıb

Quş kəsimi müəssisəsində nöqsanlar aşkarlanıb
Yayınlanma tarixi: 2/14/2023 12:48:33 PM

Bu barədə AQTA-dan məlumat verilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qubada quş kəsimi müəssisəsində nöqsanlar aşkarlayıb.

Bu barədə "İslamazeri.com"a AQTA-dan məlumat verilib.

Belə ki. nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları Quba rayonu, İkinci Nügədi kəndində fəaliyyət göstərən Ağayev Fuad İlqar oğluna məxsus quş kəsimi müəssisəsində planlı yoxlama keçirib.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi müəyyən edilib. Belə ki, müəssisədə müvafiq sahələrin qurulmadığı, döşəmə, divar, tavanın tamlığının pozulduğu və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, tullantı qablarının ağzı açıq şəkildə saxlandığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb. Aşkarlanmış nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, müəssisədə istehsalın dayandırılmasına dair məhdudlaşdırıcı qərar qəbul olunub.

GÜNÜN MANŞETLERİ

Oman sultanı Müctəba Xameneini təbrik edib
DÜNYA / İSLAM DÜNYASI

Oman sultanı Müctəba Xameneini təbrik edib

3/9/2026 11:00:01 PM
Ayətullah Müctəba Xamenei kimdir?
REGİON / İRAN

Ayətullah Müctəba Xamenei kimdir?

3/9/2026 11:00:01 PM
Netanyahudan 3-4 gündür xəbər yoxdur
DÜNYA / MARAQLI

Netanyahudan 3-4 gündür xəbər yoxdur

3/9/2026 10:58:01 PM