Raket və Artilleriya Qoşunlarında döyüş atışlı taktiki təlimlər keçirilib

Raket və Artilleriya Qoşunlarında döyüş atışlı taktiki təlimlər keçirilib
Yayınlanma tarixi: 4/13/2023 10:43:26 AM

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Cari ilin döyüş hazırlığı planına əsasən, Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib.

Müdafiə Nazirliyindən "İslamazeri.com"a verilən xəbərə görə, plana uyğun olaraq bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ərazidə açılma, atəş mövqelərinin tutulması və texnikanın döyüşə hazır vəziyyətə gətirilməsi üzrə tapşırıqları yerinə yetiriblər.
Real döyüş şəraitinə uyğun keçirilən təlimlərdə bölmələr "Smerç" reaktiv yaylım atəşi sistemi və "DANA" özüyeriyən haubitsalardan nümunəvi döyüş atışları icra ediblər.
Şərti düşmən hədəflərinin sərrast atəşlə məhv edildiyi təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
Təlimin keçirilməsində əsas diqqət komandir heyətinin çevik qərar qəbuletmə qabiliyyətinin, bilik və bacarıqlarının təkmilləşdirilməsi, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, eləcə də şəxsi heyətin səhra vərdişlərinin və praktiki vərdişlərinin artırılmasına yönəlib.

GÜNÜN MANŞETLERİ

Almaniya Hörmüz boğazında hərbi əməliyyata hazırlaşır - ŞOK İDDİA
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Almaniya Hörmüz boğazında hərbi əməliyyata hazırlaşır - ŞOK İDDİA

4/26/2026 1:52:36 PM
Güclü külək əsəcək, yağış yağacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Güclü külək əsəcək, yağış yağacaq - PROQNOZ

4/26/2026 1:40:01 PM
Əraqçi Oman sultanı ilə görüşüb
DÜNYA / SİYASƏT

Əraqçi Oman sultanı ilə görüşüb

4/26/2026 12:46:41 PM
Makron: Tramp Avropanın əleyhinə hərəkətlər edir
DÜNYA / MARAQLI

Makron: Tramp Avropanın əleyhinə hərəkətlər edir

4/26/2026 11:32:54 AM
Trampın qatıldığı tədbirdə silahlı hücum
DÜNYA / MARAQLI

Trampın qatıldığı tədbirdə silahlı hücum

4/26/2026 10:51:49 AM