İranın xarici işlər naziri Seyid Abbas Əraqçi nüvə danışıqlarının üçüncü raundunda iştirak etmək məqsədilə Tehrandan Cenevrə şəhərinə yola düşüb.
İslamazeri.com xəbə verir ki, iranlı nazir və onu müşayiət edən nümayəndə heyəti çərşənbə günü axşam saatlarında Tehranı tərk ediblər. İran və ABŞ arasında keçiriləcək nüvə danışıqlarının üçüncü mərhələsi sabah – cümə axşamı baş tutacaq.
Bildirilib ki, danışıqlar Omanın vasitəçiliyi ilə keçirilir.
Nazir səfərdən əvvəl verdiyi açıqlamada vurğulayıb ki, İran əvvəlki raundda əldə olunan anlaşmalar əsasında, ədalətli və balanslı razılaşmaya ən qısa zamanda nail olmaq əzmi ilə ABŞ ilə danışıqları Cenevrədə davam etdirəcək.