Əraqçi: Körpü və binalarımız bərpa olunacaq, ABŞ-nin zədələnmiş nüfuzu isə əsla!

Əraqçi: Körpü və binalarımız bərpa olunacaq, ABŞ-nin zədələnmiş nüfuzu isə əsla!
Yayınlanma tarixi: 4/3/2026 12:45:52 PM

Körpü və binalarımız bərpa olunacaq, ABŞ-nin zədələnmiş nüfuzu isə əsla!

İslamazeri.com xəbər verir ki, İranın Kərəc şəhərindəki B1 körpüsü ABŞ və İsrail tərəfindən hava hücumuna məruz qalıb. İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin təslim olmayacağını bəyan edib.

İranın xarici işlər naziri Abbas Əraqçi B1 körpüsünə hücumla bağlı sosial mediada yazılı açıqlama verib.

Əraqçi bildirib ki, “Yarımçıq qalmış körpülər də daxil olmaqla, mülki tikililəri hədəf almaq iranlıları təslim olmağa məcbur etməyəcək. Bu, yalnız dağılmış bir düşmənin məğlubiyyətini və mənəvi çöküşünü göstərir. Hər bir körpü və bina daha güclü şəkildə yenidən qurulacaq. Heç vaxt bərpa olunmayacaq şey Amerikanın nüfuzuna dəyən ziyandır”.

Trampın “Daş dövrü” ilə bağlı açıqlamalarına Əraqçi belə cavab verib: “Bu günlə Daş dövrü arasında təəccüblü bir fərq var: O vaxtlar Yaxın Şərqdə neft və ya qaz hasilatı yox idi. Tramp və onu vəzifəyə gətirən amerikalılar həqiqətən də zamanı geri qaytarmaq istədiklərinə əmindirlərmi?”

GÜNÜN MANŞETLERİ