Əraqçi: Son nəfəsimizə qədər İranı müdafiə edəcəyik.
İslamazeri.com xəbər verir ki, İranın xarici işlər naziri Seyid Abbas Əraqçi, Bəndər-Hamirdə üç mülki şəxsin ölümü ilə bağlı verdiyi açıqlamada, günahsız mülki şəxslərin qanının boş yerə tökülməyəcəyini bildirərək əlavə edib: "Son nəfəsimizə qədər İranı cənubdan şimala, şərqdən qərbə müdafiə edəcəyik".
İran xarici işlər naziri Seyid Abbas Əraqçi, Bəndər-Hamirdə üç vətəndaşın şəhid edilməsindən sonra sosial mediada açıqlama verib.
Əraqçi paylaşımında deyib: "Son nəfəsimizə qədər vətənimizi qarış-qarış müdafiə edəcəyik".
Nazir mesajında Bəndər-Hamir körpüsündən keçərkən üç kəndlinin şəhid olduğunu bildirərək əlavə edib: "Onlar tamamilə günahsız idilər. Onların təmiz qanının boş yerə tökülməsinə heç vaxt icazə verməyəcəyik".
Əraqçi açıqlamasına davam edərək bildirib: "İran bizim vətənimizdir; cənubdan şimala, şərqdən qərbə. Bu torpağın hər qarışını son nəfəsimizə qədər müdafiə edəcəyik".