İranın xarici işlər naziri Seyid Abbas Əraqçi İsrail və ABŞ-ın İrandakı iğtişaşları dəstəkləməsinə reaksiya verib.
İslamazeri.com xəbər verir ki, Əraqçi sosial media hesabında yazıb: "ABŞ hökuməti deyir ki, İrandakı zorakılıq hərəkətlərinin arxasında Amerika və İsrailin dayandığına dair şərhlər xəyaldır və reallıqdan uzaqdır."
Amma burada bir problem var. Keçmiş MKİ direktoru bu məsələdə Mossad və ABŞ tərəfdarlarının əlaqələri barədə utanmadan açıqlamalar verib.
Burada xəyal olan və reallıqdan uzaq olan tək şey, başlatdığınız odun sizi yandırmayacağını düşünməkdir.