Ərbakan: ABŞ-ın İncirlik Hərbi Bazası dərhal bağlanmalıdı

Ərbakan: ABŞ-ın İncirlik Hərbi Bazası dərhal bağlanmalıdı
Yayınlanma tarixi: 2/28/2026 10:00:01 PM

Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan, İsrail və ABŞ-ın İrana birgə hücumunu dəyərləndirib.

İslamazeri.com xəbər verir ki, Ərbakan “X” hesabında etdiyi paylaşımda belə deyib:

“Bu gün sionist və imperialist güclər olan ABŞ və İsrailin İrana yönəlik hücumları bölgədə müharibənin faktiki olaraq başladığını göstərir.”

Hücumların Ramazan ayında həyata keçirilməsinə diqqət çəkən Erbakan bunun “sionist zehniyyətin həm siyasi, həm də mənəvi təxribatı” olduğunu bildirib.

Əsas hədəf Türkiyədir...

“Əgər İran hədəf alınıbsa, əsas hədəf Türkiyədir” – deyə davam edən Erbakan, keçmiş baş nazir və atası Necmettin Erbakanın bu vəziyyətə əvvəldən işarə etdiyini bildirib və sionizmin bölgədə məqsədinə doğru irəlilədiyini iddia edib.

Erbakan daha sonra belə çağırış edib:

“Türkiyə bu məqamda regional liderliyini və məsuliyyətini ortaya qoymalı, dost və qardaş ölkə İranın yanında olduğunu açıq şəkildə ifadə etməlidir. Eyni zamanda İslam dünyasını birliyə və həmrəyliyə çağırmaq, bölgədə sülh və sabitlik üçün həyati məsuliyyətdir.”

Paylaşımının davamında Erbakan hökumətə səslənərək gözləntilərini belə sıralayıb:

  • D-8 və İslam Əməkdaşlıq Təşkilatı təcili toplantıya çağırılmalı, regional həmrəylik və ortaq reaksiya gücləndirilməlidir.

  • Kürecikdə İsrailə kəşfiyyat məlumatı ötürdüyü deyilən radar bazası dərhal bağlanmalıdır.

  • ABŞ-ın İncirlik Hərbi Bazası dərhal bağlanmalıdır.

  • Türkiyənin təhlükəsizliyinə aid digər strateji bazalar və radar sistemləri yenidən nəzərdən keçirilməli, milli təhlükəsizlik prioritet şəkildə qorunmalıdır.

  • Beynəlxalq arenada mülki şəxslərə qarşı hücumların dayandırılması və sülh yolu ilə həll variantlarının müdafiəsi üçün güclü diplomatiya aparılmalıdır.

“Bu hadisələr Türkiyə və bölgədəki bütün ədalətli qüvvələr üçün xəbərdarlıq xarakteri daşıyır” – deyə davam edən Erbakan paylaşımını belə tamamlayıb:

“Milli Görüşün ədalətli və sülhçü baxışı, D-60 və ‘Yeni Bir Dünya’ hədəfi bu gün hər zamankindən daha həyati əhəmiyyət daşıyır.”

GÜNÜN MANŞETLERİ

İran Hörmüz boğazını bağladı
REGİON / İRAN

İran Hörmüz boğazını bağladı

2/28/2026 10:49:28 PM
Ayətullah Xamenei hərbi əməliyyat otağındadır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Ayətullah Xamenei hərbi əməliyyat otağındadır

2/28/2026 10:00:01 PM