Ərdoğan və Kılıçdaroğlunun namizədlik ərizələri qəbul edildi

Ərdoğan və Kılıçdaroğlunun namizədlik ərizələri qəbul edildi
Yayınlanma tarixi: 26.03.2023 13:03:23

Türkiyə prezidentliyinə namizəd üçün verilən ərizələr qeydiyyatdan keçib

İslamazeri.com TRT-yə istinadən xəbər verir ki, Cümhur Birliyinin prezidentliyə namizədi, Türkiyə dövlət başçısı, AK Partiyanın sədri Rəcəb Tayyib Ərdoğan və Millət İttifaqının prezidentliyə namizədi, CHP-nin sədri Kamal Kılıçdaroğlunun namizədlik ərizələri qəbul edilib.

  Mərkəzi Seçki Komissiyasının (Yüksek Seçki Kurulu - YSK) məlumatına görə, Prezident və 28-ci Parlament seçkiləri üçün siyasi partiyalar tərəfindən 19 mart 2023-cü il bazar günündən 23 mart 2023-cü il cümə axşamı saat 17:00-a qədər Ali Seçki Mərkəzinə edilən müraciətlərə baxılıb.

Ədalət və İnkişaf Partiyası (AK Partiya) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) qruplarından namizədliyi irəli sürülmüş ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan və Cümhuriyyət Xalq Partiyası (CHP) ilə İYİ Partiya qrupları tərəfindən namizədliyi irəli sürülmüş CHP sədri Kamal Kılıçdaroğlunun namizədlik ərizələri qəbul edilib.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55