"Regionlarımızda da futbol komandalarının sayı artmalıdır"

Yayınlanma tarixi: 12/17/2021 5:31:03 PM

Bunu gənclər və idman naziri Fərid Qayıbov “İctimai Tv”yə müsahibəsi zamanı bildirib.

İslamazeri.com xəbər verir ki, nazir daxili çempionatın hazırki durumundan narahatlığını dilə gətirib.

F.Qayıbov “Qarabağ”ın uğurlarından söz açıb, futbolun regionlarda inkişafının vacibliyini vurğulayıb: ““Qarabağ” bizi 8 il avrokuboklarda layiqincə təmsil edir. Azərbaycan çempionatına gəldikdə isə bunun bizim problemimiz olduğunu desəm, yanılmaram. Durumu dəyişmək, komandaların sayını artırmaq lazımdır.

Ümumiyyətlə, problemlərdən biri odur ki, komandaların çoxu Bakıda cəmləşib. Regionlarımızda da komandaların sayı çox olmalıdır, rəqabət artmalıdır. Bunların hamısın başa düşürük. Çalışacağıq ki, bu işdə AFFA-ya kömək olaq.

Azərbaycan ən populyar idman növü futboldur. Bu bütün dünyada belədir. Düşünürəm ki, durumdan çıxış yolunu hamımız birlikdə tapmalıyıq.

Mən bütün federasiyalarla görüşürəm, onların çətinlikləri ilə maraqlanıram. Görüşlərlə fəaliyyətimiz bitmir. Bu davam edəcək.

Strategiya haqqında düşünməliyik”.

GÜNÜN MANŞETLERİ

Hizbullahdan Livan hökümətin qərarına etiraz
DÜNYA / İSLAM DÜNYASI

Hizbullahdan Livan hökümətin qərarına etiraz

3/2/2026 9:22:01 PM
Livan hökümətindən Hizbullaha qadağa qərarı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livan hökümətindən Hizbullaha qadağa qərarı

3/2/2026 9:17:35 PM
Müharibənin qalibi kim olacaq?
REDAKTORDAN

Müharibənin qalibi kim olacaq?

3/2/2026 8:08:01 PM