Rəsmi Bağdad: Ərazimiz qonşu ölkələrə hücumlar üçün istifadə edilməyəcək

Rəsmi Bağdad: Ərazimiz qonşu ölkələrə hücumlar üçün istifadə edilməyəcək
Yayınlanma tarixi: 8/3/2026 1:46:27 PM

Rəsmi Bağdad: Ərazimiz qonşu ölkələrə hücumlar üçün istifadə edilməyəcək

İslamazeri.com xəbər verir ki, İraq ərazisinin qonşu ölkələrə qarşı təhdid məqsədilə istifadəsinin qarşısının alınmasına yönəlmiş tədbirlər müzakirə edilib.

Rəsmi Bağdadın yaydığı bəyanatda bildirilir ki, İraq ərazisindən qaynaqlana biləcək və qonşu ölkələri hədəfə ala biləcək bütün təhdidlərin qarşısının alınmasına yönəlmiş tədbirlər qiymətləndirilib.

Bəyanatda qeyd olunub ki, İraq Silahlı Qüvvələri ölkə ərazisinin qonşu dövlətlərə qarşı hər hansı hücumun başlanğıc nöqtəsi və ya keçid marşrutu kimi istifadə edilməsinə imkan verməmək əzmindədir.

İraq hökuməti bəyanatın sonunda vurğulayıb ki, silahlı qüvvələr İraqın ətrafındakı qonşu ölkələrə qarşı yönəlmiş istənilən təhdidi aradan qaldırmağa yönələn tədbirlərə qarşı tam hazırlıq vəziyyətindədir.

GÜNÜN MANŞETLERİ