İran ABŞ-ın neft iddialarına cavab verib.
İslamazeri.com xəbər verir ki, İranın neft naziri Möhsün Paknejad ABŞ rəsmilərinin İran nefti ilə bağlı iddialarına cavab verib.
İran dövlət televiziyasında çıxış edən nazir Paknejad ABŞ rəsmilərinin İran nefti ilə bağlı iddialarına cavab verib.
Paknejad bildirib ki, “Düşmən yalan ümidlər bəsləyir və media vasitəsilə (İranda) neft quyularında partlayışlar olacağını iddia edir. O əlavə edib ki, enerji mütəxəssisləri neft quyularında partlayışlar iddialarına gülürlər.
Paknejad deyib: “Müharibənin 40 günü ərzində hasilatımız azalmayıb və neft ixracı yaxşı davam edib”.
O əlavə edib ki, “Təbii ki, dəniz blokadasından sonra çətinliklərlə üzləşdik” və problemlərin həlli üçün tədbirlər görülüb.
Keçən ay ABŞ prezidenti Donald Tramp İranın neft boru kəmərlərinin “partlamaq üzrə olduğunu” iddia edib.
ABŞ-ın enerji katibi Kris Rayt iddia edib ki, Tehran yüksək ehtiyatlara görə neft hasilatını əhəmiyyətli dərəcədə azaltmışdır.