Rəsmi Tehrandan İsrailə SƏRT XƏBƏRDARLIQ
İslamazeri.com İslamazeri.com xəbər verir ki, Əli Əkbər Vilayəti İsrailin Livandakı hücumları və atəşkəs pozuntularına reaksiya verərək strateji dəniz yolları ilə bağlı sərt mesajlar verib.
Əli Əkbər Vilayəti İsrail və bölgədəki son hadisələrlə bağlı açıqlamasında, baş verənlərin əvvəlki proqnozlarını təsdiqlədiyini bildirib.
Vilayəti İsrailin Beyrutda atəşkəsi açıq şəkildə pozduğunu iddia edərək bunun “zəncirvari reaksiyanın ilk halqası”nı işə saldığını deyib.
Açıqlamasında Babülməndəb boğazı üzərindən regional balansa diqqət çəkən Vilayəti bu strateji keçidin təhlükəsizliyinin yanlış qiymətləndirilməməli olduğunu vurğulayıb.
Müqavimət qüvvələrinin həm Babülməndəb boğazında, həm də digər mühüm dəniz yollarında “bloklama imkanına sahib olduğunu” bildirən Vilayəti bunun ciddi strateji balans dəyişikliyinə səbəb ola biləcəyini qeyd edib.
“Seçim sizin: ya bu çılğınlığı dayandırırsınız, ya da iki boğazın yeni bir tarazlıq mərhələsinə girdiyi bir prosesə daxil olursunuz” sözlərini işlədən Vilayəti bölgədə gərginliyin daha da arta biləcəyi barədə xəbərdarlıq edib.