Reuters: ABŞ-ın uzun mənzilli raket ehtiyatları tükənmək üzrədir

Reuters: ABŞ-ın uzun mənzilli raket ehtiyatları tükənmək üzrədir
Yayınlanma tarixi: 8/5/2026 11:31:22 AM

Reuters: ABŞ-ın uzun mənzilli raket ehtiyatları tükənmək üzrədir.

İslamazeri.com xəbər verir ki, Reuters agentliyinin ABŞ hökumətinin daxili məlumatları ilə tanış olan üç mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ İranla müharibədə yerüstü taktiki raketlər ATACMS və Precision Strike Raketləri (PrSM) daxil olmaqla, demək olar ki, bütün uzaqmənzilli raket ehtiyatlarını istifadə edib.

Agentlik ehtiyatların azalmasının hərbi əməliyyatların gedişatına birbaşa təsir göstərə biləcəyini bildirib.

Reuters-ə danışan iki mənbə bildirib ki, ABŞ yerüstü ATACMS və PrSM raketlərinin "demək olar ki, hamısından" istifadə edib. Başqa bir mənbə bildirib ki, Yaxın Şərqdəki əməliyyatlara cavabdeh olan ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) müharibənin əvvəlində yerüstü raket ehtiyatlarını demək olar ki, tamamilə tükəndirib, lakin dünyanın digər yerlərindən silah daşınması ilə onları yenidən doldura bilib.

Dəqiq idarə olunan uzunmənzilli sursatların tükənməsi, İrana qarşı hərtərəfli hücumun bərpa olunacağı təqdirdə, prezident Donald Trampı daha riskli pilotlu hava əməliyyatlarına əl atmağa məcbur edə bilər.

Bir mənbə vurğulayıb ki, ATACMS və PrSM raketlərinin intensiv istifadəsinin əsas səbəbi pilotlu hava əməliyyatları ilə əlaqəli risklərdən qaçınmaq istəyidir.

Reuters-in tələbi ilə Ağ Ev Trampın bu məsələ ilə bağlı bəyanatını yayımlayıb. Tramp açıqlamasında ABŞ-ın dünyanın hər hansı digər ölkəsindən daha çox "sursata" və "lazım olduğundan daha çox" silaha sahib olduğunu iddia edib.

Agentlik həmçinin Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) qiymətləndirmələrinə əsasən qeyd etdi ki, ABŞ fevral-iyul ayları arasında Patriot tutucu raketlərinin təxminən 65 faizini və THAAD raket ehtiyatının ən azı 38 faizini istifadə edib.

Reuters-ə danışan iki mənbə bu hesablamaların ABŞ hökumətinin daxili məlumatları ilə uyğun olduğunu təsdiqləyib. Bir mənbə həmçinin əlavə edib ki, müharibənin başlanğıcından bəri ABŞ qlobal Tomahawk kruiz raket ehtiyatının təxminən yarısından istifadə edib.

Bu arada, Pentaqon 3 avqustda raket istehsalını artırmaq üçün Patriot və THAAD raketdən müdafiə sistemlərini əhatə edən 3 milyard dollarlıq müqavilələr imzalayıb.

ABŞ Hərbi Nazirliyinin Northrop Grumman və Lockheed Martin şirkətləri ilə imzaladığı iki çərçivə müqaviləsi, tutucu raketlər üçün vacib komponentlərin istehsalını genişləndirməyi hədəfləyir.

Bu addımla Departament Patriot Advanced Capability-3 (PAC-3) raketlərinin istehsalını üçqat, THAAD sistemləri üçün komponentlərin istehsalını isə dördqat artırmağı planlaşdırır.

GÜNÜN MANŞETLERİ

Suriya İraqla sərhədə qoşun yığır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Suriya İraqla sərhədə qoşun yığır

8/5/2026 1:46:54 PM
Sabah yağış yağacaq, güclü külək əsəcək
ÖLKƏ / MÜXTƏLİF

Sabah yağış yağacaq, güclü külək əsəcək

8/5/2026 1:24:26 PM