Roma Papası Hindistanın Baş naziri ilə görüşüb

Roma Papası Hindistanın Baş naziri ilə görüşüb
Yayınlanma tarixi: 10/30/2021 2:15:42 PM

Görüş Papanın Vatikandakı iqamətgahında baş tutub.

Roma Papası Fransisk Vatikandakı iqamətgahında ilk fədə Hindistanın Baş naziri Narendra Modini qəbul edib.

İslamazeri.com “Report”-a istinadən xəbər verir ki, görüş bir saata yaxın davam edib.

N.Modi Papaya gümüş şamdan və Hindistanın ətraf mühiti qorumaq səyləri haqqında kitab hədiyyə edib.

Xatırladaq ki, II İohann Pavel 1986 və 1999-cu illərdə Hindistanda səfərdə olub. Görüşdə Fransisk də bu ölkəyə səfər etmək arzusunda olduğunu bildirib.

Qeyd edək ki, Hindistan hökumətinin başçısı “G-20”liyin sammitində iştirak etmək üçün İtaliyada səfərdədir.

FOTO

GÜNÜN MANŞETLERİ

Yəmən blokadası Səudiyyə Ərəbistanının neft daşınmasını dayandırdı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Yəmən blokadası Səudiyyə Ərəbistanının neft daşınmasını dayandırdı

7/28/2026 5:25:37 PM
Möhürlə namaz qılmaq olarmı?
DİN

Möhürlə namaz qılmaq olarmı?

7/28/2026 4:07:54 PM
Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb
ÖLKƏ / SİYASƏT

Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb

7/28/2026 3:18:37 PM