Roma Papasından Ayətullah Sistaniyə məktub

Roma Papasından Ayətullah Sistaniyə məktub
Yayınlanma tarixi: 18.03.2023 12:32:29

Roma Papası Ayətullah Sistaniyə məktub göndərib

Vatikan Roma Papası Fransiskin Ayətullah Sistaniyə məktubunu dərc edib.

İslamazeri.com xəbər verir ki,  bu məktubu Ayətullah Sistaninin ofisinə ötən çərşənbə axşamı Vatikan Dinlərarası Dialoqun rəhbəri kardinal Migel Angel Ayosu Qisut təqdim edib.

Papa bu məktubda yazır: “Əziz qardaşım, hörmətlər və salamlarla. Mənim üçün faydalı olan Nəcəfdəki görüşümüzdən iki il keçdikdən sonra bir daha Sizə müraciət etmək fürsətindən istifadə etməkdən məmnunluq duyuram; Dinlərarası dialoq və xalqlar arasında anlaşma yolunda dönüş nöqtəsi olan görüş.

Qardaş dialoqunuzu və həmrəylik, sülh və məzlumların müdafiəsi kimi nəcib məsələlərdə mənəvi iştirakınızı, o cümlədən məzlumların xeyrinə sadiqliyinizi, həyatın müqəddəsliyini qorumağınızı və onun əhəmiyyətini xatırlayıram və yüksək qiymətləndirirəm.

Papa Fransisk bu məktubun davamında “İraqın müasir tarixi də bizə öyrədir ki, müxtəlif dinlərə mənsub dindarlar arasında əməkdaşlıq və dostluq təkcə qarşılıqlı hörməti deyil, hər şeydən əvvəl insanlığın yaxşılığına töhfə verən birlik və harmoniyanı inkişaf etdirmək üçün lazımdır.”, -deyə qeyd edir.

Papa sonra yazır: “Əziz qardaş, biz hər ikimiz əminik ki, hər bir fərdin və qrupun ləyaqət və hüquqlarına, xüsusən də din, fikir və ifadə azadlığına hörmət insan və cəmiyyət üçün etimad mənbəyidir, həmrəylik və birlikdir. Millətlər arasında harmoniya çox mühümdür. Buna görə də, biz dini liderlər olaraq vətəndaş cəmiyyəti rəsmilərini ədalət və sülhə əsaslanan mədəniyyəti sınamağa və gücləndirməyə, hamının əsas hüquqlarını qoruyan siyasi fəaliyyətləri gücləndirməyə təşviq etməliyik.

Əslində bəşər ailəsinin bugünkü çağırışlara əməli cavab olaraq qardaşlığın və qarşılıqlı qəbulun mənasını bir daha kəşf etməsi zəruri məsələdir; Buna görə də, Allah yolunda birləşən və bir araya gələn müxtəlif dinlərə mənsub kişilər və qadınlar ümumi mənəvi, insani və ictimai dəyərlərin geniş məkanında birləşir və onu dinlərin çağırdığı əxlaq və nəcib fəzilətlərin genişləndirilməsi istiqamətində sərmayə qoyurlar.”

Papa Fransisk sonda deyib:  “Arzu edirəm ki, biz xristianlar və müsəlmanlar birlikdə  şəfqətə və şəfaya ehtiyacı olan bir dünyada həmişə həqiqətin, sevginin və ümidin şahidi ola bilək. Mən Uca Allahdan Özünün Əlahəzrətinə və sizin müsəlman camiənizə, həmçinin əziz İraqınıza dua edirəm.”

GÜNÜN MANŞETLERİ