“Romgaz” ilə SOCAR arasında əməkdaşlığa dair Memorandum imzalanıb

“Romgaz” ilə SOCAR arasında əməkdaşlığa dair Memorandum imzalanıb
Yayınlanma tarixi: 10/19/2022 5:46:43 PM

Sənədi SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və “Romgaz”ın baş direktorunun müavini Aristotel Cude imzalayıblar.

Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin oktyabr ayının əvvəlində Bolqarıstana rəsmi səfəri zamanı Rumıniyanın Baş naziri Nikolae Çuke ilə görüşündə region ölkələri ilə enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib, tərəfdaşlığın genişləndirilməsi istiqamətləri müəyyən olunub.

İslamazeri.com xəbər verir ki, bu istiqamətlərə uyğun olaraq, iqtisadiyyat naziri Mikayıl Cabbarovun, energetika naziri Pərviz Şahbazovun və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) rəhbərliyinin daxil olduğu nümayəndə heyətinin oktyabrın 19-da Rumıniyaya səfəri çərçivəsində Rumıniyanın “Romgaz” şirkəti və SOCAR arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və “Romgaz”ın baş direktorunun müavini Aristotel Cude imzalayıblar.

Bununla əlaqədar keçirilən tədbirdə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm rolu, Rumıniya ilə iqtisadiyyatın bir sıra sahələrində əlaqələrin inkişaf etdiyi vurğulanıb, SOCAR-ın bu ölkədəki fəaliyyəti qeyd edilib, energetika, o cümlədən bərpa olunan enerji əməkdaşlığının gücləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

GÜNÜN MANŞETLERİ

İsrailin Qəzza qətliamı davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Qəzza qətliamı davam edir

3/16/2026 5:34:50 PM
İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı

3/16/2026 4:16:22 PM
Azərbaycanda pensiya alanların sayı açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycanda pensiya alanların sayı açıqlanıb

3/16/2026 3:12:05 PM
Sabah hava necə olacaq? - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah hava necə olacaq? - PROQNOZ

3/16/2026 2:10:01 PM
ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var

3/16/2026 1:30:03 PM