Bu gün ilahiyyatçı Ruhullah Novruzzadənin məhkəmə iclası olub
Yeniləndi: İslamazeri.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün saat 16:30-da ilahiyyatçı Ruhullah Novruzzadənin məhkəmə iclası keçirilib. Prosesdə şahidlər gəlmədiyinə görə, məhkəmə iclası 1 ay sonraya təyin edilib. Növbəti iclas avqust ayının 14-nə təyin olunub.
İslamazeri.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün saat 16:30-da ilahiyyatçı Ruhullah Novruzzadənin məhkəmə iclası keçiriləcək.
Bu barədə ilahiyyatçının yaxınları məlumat verib.
Qeyd: İlahiyyatçı Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.3 (külli miqdarda) maddələri ilə ittiham olunur.
Ruhullah Novruzzadə İranın Qum Dövlət İlahiyyət Universitetinin hüquq fakültəsinin tələbəsi olub. O, təhsil aldığı dövrdə xəstə atasına baş çəkməyə gələrkən hava limanında məlum olub ki, ölkəyə çıxışına qadağa qoyulub.
O, bu il yanvarın 31-də həbs olunub. Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Novruzzadə hazırda Şüvəlanda istintaq təcridxanasında saxlanılır.