Rusiya: İsrail Livan ərazisindən çıxmalıdır
İslamazeri.com xəbər verir ki, Rusiya İsrail qüvvələrinin Livan ərazisindən çıxarılmasını tələb edib.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasında Rusiya Livandakı UNIFIL qüvvələrinə qarşı bütün təhlükəsizlik təhdidləri ilə bağlı dərhal araşdırma aparılmasını tələb etdi və məsul şəxslərin vəzifələrindən və statuslarından asılı olmayaraq cəzalandırılmalı olduğunu vurğulayıb.
Tasnim Xəbər Agentliyinin məlumatına görə, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia UNIFIL qüvvələrinin müxtəlif maneələrlə üzləşdiyini və hətta silahlı hücumlara məruz qaldığını, nəticədə bir neçə sülhməramlı əsgərin ölümünə səbəb olduğunu bildirib.
İsraili tənqid edən Nebenzia, Təl-Əvivin BMT sülhməramlı qüvvələrinin mandatına və statusuna hörmət etmədiyini və onun hərəkətlərinin "mavi beretlilərin" təhlükəsizliyini təhdid etdiyini bildirib.
Rusiya nümayəndəsi həmçinin müharibə edən tərəfləri atəşkəsə riayət etməyə və İsrail qüvvələrinin Livan ərazisindən çıxarılmasını özündə ehtiva edən BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə əməl etməyə çağırıb.
Nebenzia bu şərtləri yerinə yetirmədən əldə edilən hər hansı bir sülh razılaşmasının kövrək olacağı barədə xəbərdarlıq edərək, "Necə ki, 2024-cü ilin noyabr ayında əldə edilən atəşkəs kifayət qədər uzun sürmədi" deyib.
Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) İsrailin 1978-ci ildə Livana hücumundan sonra yaradılmışdır və onun mandatı hər altı aydan bir yenilənir. Qüvvələr hazırda 47 ölkədən təxminən 7500 hərbi qulluqçudan ibarətdir.