Rusiya qırıcıları İdlibi bombaladı

Rusiya qırıcıları İdlibi bombaladı
Yayınlanma tarixi: 11/11/2021 5:07:35 PM

Rusiyaya məxsus qırıcıların İdlibə hücumu nəticəsində 3-ü uşaq olmaqla 5 mülki şəxsin öldüyü bildirilir.

Suriyanın İdlib bölgəsini Rusiyaya aid “Su-34”ün bombalaması nəticəsində 3-ü uşaq olmaqla 5 mülki şəxs ölüb, 4 dinc sakin yaralanıb.

İslamazeri.com “Report”-a istinadən xəbər verir ki, Rusiyaya məxsus qırıcılar noyabrın 11-də günorta saatlarında İdlibə hava hücumu edib.

Bildirilib ki, İdlibin mərkəzində yerləşən quşçuluq təsərrüfatına “Su-34”ün etdiyi üç hava hücumu nəticəsində 5 mülki şəxs ölüb, 4-ü yaralanıb.

Qeyd edək ki, 2017-ci il mayın 4-5-də Türkiyə, Rusiya və İranın rəsmi nümayəndələri Qazaxıstanın Astana şəhərində İdliblə bağlı toplantı keçirib. Tədbirin yekununda İdlib və ətrafı “Gərginliyi azaltma bölgəsi” elan edilib. 2018-ci il sentyabrın 17-də Rusiyanın Soçi şəhərində imzalanan razılaşmaya baxmayaraq, Bəşşar Əsəd rejiminə bağlı silahlılar və onu dəstəkləyənlər İdlibə tez-tez hücumlar edirlər.

GÜNÜN MANŞETLERİ

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır

3/14/2026 10:13:29 PM
Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək
REGİON / İRAN

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək

3/14/2026 9:52:22 PM
İranlı deputatdan Ukraynaya xəbərdarlıq
REGİON / İRAN

İranlı deputatdan Ukraynaya xəbərdarlıq

3/14/2026 8:16:40 PM