Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaş həbs edilib

Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaş həbs edilib
Yayınlanma tarixi: 2/3/2026 10:15:59 AM

Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları məsuliyyətə cəlb olunublar.

İslamazeri.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində ölkə hüdudlarından kənarda hərbi münaqişələrdə iştirak edən Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilərək hüquqi məsuliyyətə cəlb olunmaları istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Əldə olunmuş məlumatlara əsasən, ötən müddət ərzində Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda xeyli sayda Azərbaycan Respublikası vətəndaşı iştirak edərək həlak olmuş, itkin düşmüş və ya yaralanmış, bəzilərinin isə əsirlikdə saxlanıldıqları təsbit edilmişdir.

Aparılmış araşdırmalarla Azərbaycan Respublikasının vətəndaşları - 1991-ci il təvəllüdlü Nəbiyev Real Eldəniz oğlu, 1993-cü il təvəllüdlü Hüseynov Faris Famil oğlu, 1994-cü il təvəllüdlü Məmmədov Ali Elnur oğlu və Mirhəşimli Murov Həsən oğlunun Rusiya və Ukrayna silahlı birləşmələrinin nəzarəti altında döyüş əməliyyatlarında iştirak etmələri sübuta yetirildiyindən, həmin şəxslər 2026-cı ilin yanvar ayında saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, belə silahlı münaqişələrdə iştirak etmək Azərbaycan Respublikasında cinayət məsuliyyəti yaradır və bundan sonra da xarici dövlətlərin ərazisində müvafiq cinayət əməllərinə yol verən şəxslərin məsuliyyət məsələsi qanunauyğun şəkildə təmin ediləcəkdir.

GÜNÜN MANŞETLERİ

İrana hücum bu səbəbə görə təxirə düşüb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İrana hücum bu səbəbə görə təxirə düşüb

2/3/2026 11:18:01 AM
İsrail təyyarələri Livana kimyəvi maddələr atıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail təyyarələri Livana kimyəvi maddələr atıb

2/3/2026 11:13:48 AM
Nimeyi Şəban gecəsinin ƏMƏLLƏRİ
DİN

Nimeyi Şəban gecəsinin ƏMƏLLƏRİ

2/3/2026 11:00:01 AM