Rusiyadan ABŞ-a "İran xəbərdarlığı"

Rusiyadan ABŞ-a
Yayınlanma tarixi: 2/5/2026 10:52:34 AM

Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Vasili Nebenzya çərşənbə günü bildirib ki, Moskva ABŞ-nin İran məsələsində ağıllı və rasional mövqe tutacağına ümid edir.

İslamazeri.com-un məlumatına görə, rusiyalı yüksəkvəzifəli diplomat İranla bağlı hərbi qərarların qəbuledilməz və təhlükəli olduğunu vurğulayaraq, bu cür addımların bütün regiona təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp son həftələrdə İrana qarşı təhdid ritorikasını yenidən gücləndirib və böyük həcmdə hərbi texnikanı regiona göndərib.

Tehran isə Vaşinqtonun istənilən hərbi addımına sərt və peşmanedici cavab veriləcəyi barədə xəbərdarlıq edib.

Eyni zamanda, Tehran və Vaşinqton çərşənbə günü təsdiqləyiblər ki, İran və ABŞ-ın yüksək səviyyəli rəsmiləri nüvə məsələləri üzrə danışıqların növbəti raundu çərçivəsində cümə günü Omanın paytaxtında görüşəcəklər.

GÜNÜN MANŞETLERİ

Hindistan ABŞ-a ETİRAZ NOTASI verib
DÜNYA / SİYASƏT

Hindistan ABŞ-a ETİRAZ NOTASI verib

6/12/2026 5:34:01 PM
Azərbaycanda zəlzələ olub
ÖLKƏ / HADİSƏ

Azərbaycanda zəlzələ olub

6/12/2026 3:28:35 PM
Hizbullah Livandakı İsrail hədəflərinə zərbələr endirib
DÜNYA / İSLAM DÜNYASI

Hizbullah Livandakı İsrail hədəflərinə zərbələr endirib

6/12/2026 2:11:24 PM
Mehr İran və ABŞ arasında anlaşma Memorandumunu yayımladı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Mehr İran və ABŞ arasında anlaşma Memorandumunu yayımladı

6/12/2026 1:31:46 PM