Yeni dünya nizamının qaydaları artıq Amerika mərkəzli deyil.
İslamazeri.com xəbər verir ki, İranın Ali Rəhbərinin hərbi müşaviri Möhsün Rzayi ABŞ prezidentinin Pekinə səfərinin İrana qarşı müharibənin uğursuzluğu ilə kölgədə qaldığını iddia edərək, yeni dünya nizamının artıq Vaşinqton mərkəzli prinsiplər tərəfindən formalaşmadığını bildirib.
Sosial media paylaşımında Rzayi qlobal nizam və ABŞ-ın Çinə qarşı siyasəti ilə bağlı diqqətəlayiq açıqlamalar verib.
ABŞ prezidentinin Pekinə səfərinə toxunan Rzayi deyib: "ABŞ prezidenti Pekinə güc nümayişi üçün deyil, İrana qarşı müharibədəki uğursuzluğun ağır kölgəsi altında getdi və qayıtdı".
O, sözünə davam edərək dedi: "Özünün yaratdığı böhranı idarə etmək üçün Çinin təsirinə ehtiyacı yeni dünya nizamının artıq Amerika mərkəzli olmayan qaydalarla sürətlə formalaşdığını göstərir".