Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
Yayınlanma tarixi: 7/28/2026 12:26:36 PM

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq.

Bakıda və Abşeron yarımadasında iyulun 29-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

İslamazeri.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 23-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.

GÜNÜN MANŞETLERİ

Vladimir Putin İlham Əliyevə zəng edib
ÖLKƏ / SİYASƏT

Vladimir Putin İlham Əliyevə zəng edib

7/28/2026 1:00:30 PM
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

7/28/2026 12:26:36 PM
İmam Məhdi (ə) yeni din gətirəcək?
DİN

İmam Məhdi (ə) yeni din gətirəcək?

7/28/2026 11:20:01 AM
Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək
ÖLKƏ / MÜXTƏLİF

Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək

7/28/2026 10:47:59 AM