Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək

Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək
Yayınlanma tarixi: 7/13/2026 10:16:58 AM

Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) iyulun 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsini nəzərdə tutub.

İslamazeri.com xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.

Qeyd olunub ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

GÜNÜN MANŞETLERİ