Sabah bəzi yerlərdə hava yağıntılı olacaq

Sabah bəzi yerlərdə hava yağıntılı olacaq
Yayınlanma tarixi: 4/21/2023 2:24:18 PM

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Azərbaycanda aprelin 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "İslamazeri.com"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 14-19°, bəzi yerlərdə 22° isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 762 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Günün ikinci yarısından yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 20-25° isti, dağlarda gecə 0-5°, gündüz 8-13°, bəzi yerlərdə 16-19° isti olacağı ehtimal edilir.

GÜNÜN MANŞETLERİ

Almaniya Hörmüz boğazında hərbi əməliyyata hazırlaşır - ŞOK İDDİA
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Almaniya Hörmüz boğazında hərbi əməliyyata hazırlaşır - ŞOK İDDİA

4/26/2026 1:52:36 PM
Güclü külək əsəcək, yağış yağacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Güclü külək əsəcək, yağış yağacaq - PROQNOZ

4/26/2026 1:40:01 PM
Əraqçi Oman sultanı ilə görüşüb
DÜNYA / SİYASƏT

Əraqçi Oman sultanı ilə görüşüb

4/26/2026 12:46:41 PM
Makron: Tramp Avropanın əleyhinə hərəkətlər edir
DÜNYA / MARAQLI

Makron: Tramp Avropanın əleyhinə hərəkətlər edir

4/26/2026 11:32:54 AM
Trampın qatıldığı tədbirdə silahlı hücum
DÜNYA / MARAQLI

Trampın qatıldığı tədbirdə silahlı hücum

4/26/2026 10:51:49 AM